Baku.ws saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.
Gəncə şəhərində küçə, prospekt və parklarda, eləcə də bəzi binaların yerləşdiyi məhəllələrdə abadlıq və təmir işlərinin aparılması planlaşdırılır.
BAKU.WS-in məlumatına görə, bu məqsədlə Gəncə Şəhər Mənzil-Kommunal Təsərrüfatı İstehsalat Birliyi 4 milyon 690 min manat dəyərində satınalma elan edib.
Satınalma çərçivəsində şəhərin müxtəlif ərazilərində abadlıq və təmir işlərinin aparılması nəzərdə tutulur.
Məqsədi şəhərin küçə və parklarının, həmçinin məhəllələrin abadlaşdırılması və yenilənməsidir. Köhnə və yararsız örtüklərin sökülməsi ilə ərazilərin yenilənməsi, park və küçələrin daha səliqəli vəziyyətə gətirilməsi, istifadəsi rahat ictimai məkanların yaradılması gözlənilir.