Xalq qazeti saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.
Gəncə şəhər Şəhidlər Xiyabanında 20 Yanvar faciəsində Azərbaycanın müstəqilliyi və suverenliyi uğrunda həlak olmuş şəhidlərin xatirəsinə həsr edilən anım mərasimi keçirilib.
Tədbirdə Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov, Türkiyə Prezidentinin oğlu Nəcməddin Bilal Ərdoğan, Türkiyə və Gürcüstanın Gəncədəki baş konsulları, millət vəkilləri, din xadimləri, hüquq-mühafizə orqanlarının rəhbərləri, şəhid ailələri və şəhər sakinləri iştirak ediblər.
Anım mərasimi Dövlət Himninin səsləndirilməsi ilə başlayıb, saat 12:00-da şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Niyazi Bayramov “Əbədi məşəl” abidəsi önünə əklil qoyub. Hacı Tahir Abbasov şəhidlərin ruhuna dualar oxuyub.
Qeyd olunub ki, 1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə sovet ordusu tərəfindən törədilən 20 Yanvar faciəsi Azərbaycan xalqının azadlıq iradəsini sarsıda bilməyib.
Ümummilli Lider Heydər Əliyev bu hadisəyə ilk siyasi-hüquqi qiymət verib.
Prezident İlham Əliyevin rəhbərliyi ilə ərazi bütövlüyümüzün bərpası və suverenliyimizin tam təmin olunması 20 Yanvar şəhidlərinin ruhuna ehtiramın təzahürüdür.