Gəncə Şərab 2 ASC” şirkətində DVX yoxlama apardı Külli miqdarda borc və böyük məbləğdə cərimə

24.06.2025

Hurriyyet portalından verilən məlumata əsasən, Icma.az bildirir.

"Gəncə Şərab-2” ASC-yə külli miqdarda vergi borcu və maliyyə sanksiyası tətbiq olundu.

“Gəncə Şərab-2” Açıq Səhmdar Cəmiyyətində DVX əməkdaşları yoxlama aparıb.

Hurriyyet.az 32gun.az-a istinadən xəbər verir ki, barəsində aparılan səyyar vergi yoxlamasının nəticəsi olaraq sözügedən ASC-yə 461 855,47 manat əlavə vergi və 290 095,89 manat məbləğində maliyyə sanksiyası tətbiq edilib.

Digər əldə etdiyimiz digər məlumata görə, şirkətin ümumi vergi borcu hazırda 1 631 437,86 manat təşkil edir.

ASC-nin qanuni təmsilçisi Sabit Nəbiyev Nürəddin oğludur. Şirkətin nizamnamə kapitalı isə 62 641 934,73 manatdır.

Xatırladaq ki, Gəncə Şərab-2 ASC” şirkətinin əsas  rəhbəri Namiq Məmmədovdur. 

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью