Gəncə stadionu böyük avrokubok oyunlarını da qəbul edə biləcək!

30.08.2026

Qol.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Gəncə stadionu böyük avrokubok oyunlarını da qəbul edə biləcək!

Yenidən inşa olunan Gəncə Şəhər Stadionu UEFA tərəfindən yüksək qiymətləndirilib.

QOL.az AFFA-nın saytına istinadən xəbər verir ki, arena rəsmi olaraq UEFA-nın 4-cü kateqoriyalı stadionu statusuna layiq görülüb.

Bu status stadionun UEFA-nın müvafiq beynəlxalq tələblərinə cavab verdiyini təsdiqləyir. Yeni kateqoriya Gəncə Şəhər Stadionuna milli komandaların oyunlarına, eləcə də UEFA-nın klub turnirləri çərçivəsində yüksək səviyyəli qarşılaşmalara ev sahibliyi etmək imkanı verir.

Qeyd edək ki, 4-cü kateqoriyalı stadionda UEFA Çempionlar Liqası, Avropa Liqası və Konfrans Liqasının Liqa mərhələlərinin oyunlarının, eləcə də milli komandaların rəsmi matçlarının keçirilməsinə icazə verilir.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью