Gəncə təcridxanasında məhbus öldü

05.06.2025

Icma.az, Oxu.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Gəncədəki 2 saylı İstintaq Təcridxanasında saxlanılan şəxsin ölümü qeydə alınıb.

Oxu.Az "Teleqraf"a istinadən xəbər verir ki, 1979-cu il təvəllüdlü Vədət Vaqif oğlu Sadıqov təcridxanada dünyasını dəyişib.

İlkin ehtimallara görə, 46 yaşlı məhbus ciyər qanaxmasından vəfat edib.

Məlumata görə, o, məhkəmənin hökmü ilə üç il müddətinə azadlıqdan məhrum edilibmiş.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью