Gəncə təmsilçisi Türkiyə klubuna qarşı

12.11.2026

Icma.az, sport24.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

"Gəncə" bu gün FIBA Avropa Kubokunun müntəzəm mövsümündə növbəti oyununa çıxacaq. Sport24.az xəbər verir ki, "sarı-göylər" IV tur çərçivəsində Türkiyə təmsilçisi "Esenler Erokspor"la qarşılaşır.

Gəncə İdman Sarayında baş tutacaq görüşün start fiti saat 19:00-da səslənəcək.

Qeyd edək ki, "Gəncə" daha əvvəl Rumıniyanın "Universitatiya" (96:105), Yunanıstan "Kolossos"una (62:80) və "Esenler Erokspor"a (63:92) uduzub. Qərb təmsilçisi evdə isə Portuqaliya "Sportinq"ini məyus edib - 69:67. "Rilski Sportist" (Bolqarıstan) ilə matçda "Gəncə"yə texniki məğlubiyyət verilib.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью