Icma.az xəbər verir, futbolpress-az saytına əsaslanaraq.
FIBA Avropa Kubokunda mübarizə aparan “Gəncə” basketbol klubu C qrupunun yeddinci turunda səfərdə Yunanıstanın “Kolossos” kollektivinə minimal hesabla uduzub.
Futbolpress.az xəbər verir ki, Falirakidəki “Kalliteya” zalında baş tutan görüşün ilk hissəsini geridə (43:44) başa vuran Murat Dikmenin yetirmələri həlledici dörddəbirə üstünlüklə (64:61) daxil olsalar da, son dəqiqələrdə üstünlüyü qoruya bilməyiblər – 78:79.
Bununla da qrupda 1 qələbəsi olan Azərbaycan təmsilçisi sonuncu, altıncı pillədə qərarlaşıb.