Icma.az, sport24.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
"Gəncə" basketbol komandasının yeni baş məşqçisinin adı açıqlanıb. Sport24.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
"Sarı-göylər"in "sükanı"türkiyəli Murad Dikmənə tapşırılıb. O, bu postda Martin Knejeviçi əvəzləyib.
Qeyd edək ki, türkiyəli mütəxəssis daha əvvəl "Xəzri" (indiki "Naxçıvan") klubu ilə Azərbaycan Basketbol Liqasının və Azərbaycan Kubokunun gümüş medallarını qazanıb.