Gəncə təmsilçisindən uğursuz debüt

07.10.2026

futbolpress-az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

“Gəncə” basketbol klubu FIBA Avropa Kubokunun cari mövsümündə debüt matçına çıxıb.

Futbolpress.az xəbər verir ki, C qrupunda mübarizə aparan bölgə təmsilçisi ilk tur çərçivəsində Türkiyənin “Esenler Erokspor” klubunun qonağı olub.

İstanbulda baş tutan qarşılaşmada meydan sahibləri üstünlük göstərərək 92:63 hesabı ilə qalib gəliblər. Bu nəticə ilə gəncəlilər beynəlxalq turnirdəki ilk sınaqlarından xalsız ayrılıblar.

“Gəncə”nin yer aldığı C qrupunda Türkiyə klubu ilə yanaşı Rumıniyanın “Universitatya Krayova”, Portuqaliyanın “Sportinq”, Bolqarıstanın “Rilski Sportist” və Yunanıstanın “Kolossos” komandalarına qarşı da qüvvəsini sınayacaq.

Təmsilçimiz növbəti oyununu oktyabrın 13-də keçirəcək. Gəncə İdman Sarayında təşkil olunacaq qarşılaşmada basketbolçularımız Yunanıstanın “Kolossos” kollektivini qəbul edəcəklər.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью