Axsham.az saytından alınan məlumata görə, Icma.az bildirir.
Gəncə terrorunda valideynlərini itirən Sevil Əliyeva oğlunun bir yaşını qeyd edib.
Axşam.az xəbər verir ki, onu dağıntılar altından xilas edən sinif yoldaşı Talışla ailə quran Sevilin övladının doğum günü məclisindən görüntülər sosial şəbəkələrdə yayılıb. Onun xoş günündən kadrlar izləyicilərin diqqətini çəkib.
Qeyd edək ki, Gəncədə baş verən terror hadisəsi zamanı Sevilin valideynləri həyatını itirib. Həmin gecə o, qardaşı ilə birlikdə valideynsiz qalıb.