Gəncə Türkiyə klubuna məğlub olub YENİLƏNİB

12.11.2026

Apasport saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

"Gəncə" basketbol komandası bu gün FIBA Avropa Kubokunun müntəzəm mövsümündə növbəti oyununa çıxıb.

Apasport.az xəbər verir ki, C qrupunda mübarizə aparan Azərbaycan təmsilçisi VI tur çərçivəsində Türkiyənin "Esenler Erokspor" klubunu qəbul edib.

Gəncə İdman Sarayında keçirilən qarşılaşma saat 19:00-da başlayıb.

Görüş rəqibin 97:66 hesablı qələbəsi ilə yekunlaşıb.

Qeyd edək ki, "Gəncə" əvvəlki beş görüşün yalnız birində qələbə qazanıb. Komanda doğma meydanda Portuqaliyanın "Sportinq" klubunu 69:67 hesabı ilə məğlub edib.

Azərbaycan təmsilçisi Rumıniyanın "Universitatiya" (96:105), Yunanıstanın "Kolossos" (62:80) və Türkiyənin "Esenler Erokspor" (63:92) klublarına uduzub. "Rilski Sportist"lə (Bolqarıstan) qarşılaşmada isə "Gəncə"yə 0:20 hesablı texniki məğlubiyyət verilib.

ÇL: “Sabah” “Trabzonspor”a qalib gəldi - YENİLƏNİB Alperendən 20 xal, "Hyuston"dan qələbə – NBA-da günün nəticələri Polina Şukina "Basketball Without Borders" proqramında iştirak edəcək Alperen Şengündən 15 xal, "Hyuston"dan məğlubiyyət – NBA-da günün nəticələri “Neftçi” FIBA Avropa Kubokunda ardıcıl beşinci məğlubiyyətini aldı
Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью