“Gəncə” Türkiyə təmsilçisinə məğlub oldu KONKRET

12.11.2026

Konkret.az saytına istinadən Icma.az xəbər verir.

“Gəncə” basketbol komandası FIBA Avropa Kubokunun müntəzəm mövsümündə növbəti oyununu keçirib.

KONKRET.az xəbər verir ki, C qrupunda VI turda Türkiyənin “Esenler Erokspor” klubunu qəbul edən Azərbaycan təmsilçisi rəqibinə uduzub – 61:93.

Görüş Gəncə İdman Sarayında keçirilib.

Xatırladaq ki, “Gəncə” daha əvvəl Rumıniyanın “Universitatiya” (96:105), Yunanıstan təmsilçisi “Kolossos”a (62:80) və “Esenler Erokspor” klubuna uduzub – 63:92. Komanda evdə Portuqaliyanın “Sportinq” (Sporting) komandasını 69:67 hesabı ilə üstələyib. “Gəncə” “Rilski Sportist” (Bolqarıstan) ilə dueldə texniki məğlubiyyətlə (0:20) üzləşib.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью