“Gəncə” və “Sabah” bu gün kritik oyunda üz üzə gəlir

24.01.2026

Milli.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Azərbaycan Basketbol Liqasının XIV turunda bu gün Gəncədə "Gəncə" və "Sabah" komandaları qarşılaşacaq.

Milli.Az xəbər verir ki, oyun saat 14:00-da Gəncə İdman Sarayında başlayacaq. "Sabah" 23 xalla qrupda 2-ci, "Gəncə" isə 17 xalla 4-cü yerdədir.

Turun əvvəlki oyunlarında "Sumqayıt" "Ordu"nu 100:96, "Quba" "Lənkəran"ı 86:68, "Naxçıvan" isə "Sərhədçi"ni 65:57 hesabı ilə məğlub edib. XIV tur yanvarın 25-də yekunlaşacaq.

Asya
Milli.Az 

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью