Gəncə və Şəmkirdə torpaq sahələrinin kateqoriyası dəyişdirilib

27.01.2026

Oxu.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Azərbaycanda dövlət mülkiyyətində olan bəzi torpaq sahələrinin kateqoriyası dəyişdirilib.

Oxu.Az-ın məlumatına görə, bununla bağlı Baş nazir Əli Əsədov "Qərb Sənaye Parkının yaradılması haqqında" Prezidentin 2026-cı il 15 yanvar tarixli 577 nömrəli Fərmanının icrasının təmin edilməsinə dair Sərəncam imzalayıb.

Sənədə əsasən, Gəncə Şəhər İcra Hakimiyyəti İqtisadiyyat Nazirliyi və İnvestisiya Holdinqi ilə razılaşdırmaqla, Qərb Sənaye Parkının fəaliyyəti üçün Gəncə şəhəri Yevlax şosesində yerləşən, "Azəralüminium" Məhdud Məsuliyyətli Cəmiyyətinin istifadəsindəki dövlət mülkiyyətində olan sənaye, nəqliyyat, rabitə, müdafiə və digər təyinatlı torpaqlar kateqoriyasına aid 81.8 hektar torpaq sahəsinin icarəyə vermək hüququ ilə İqtisadiyyat Nazirliyinin tabeliyində İqtisadi Zonaların İnkişafı Agentliyinin daimi istifadəsinə verilməsini iki ay müddətində təmin edəcək və bu barədə Nazirlər Kabinetinə məlumat verəcək.

Həmçinin Prezidentin 2024-cü il 28 sentyabr tarixli 201 nömrəli Fərmanı ilə təsdiq edilmiş "Torpaqların kateqoriyalara aid edilməsi və onların bir kateqoriyadan digərinə keçirilməsi Qaydaları"nın tələblərinə uyğun olaraq, Şəmkir rayonunun Könüllü kəndi ərazisində yerləşən, bələdiyyə mülkiyyətində olan kənd təsərrüfatı təyinatlı torpaqlar kateqoriyasına aid 100 hektar torpaq sahəsinin kateqoriyasının dəyişdirilərək sənaye, nəqliyyat, rabitə, müdafiə və digər təyinatlı torpaqlar kateqoriyasına keçirilməsi ilə bağlı Kənd Təsərrüfatı Nazirliyi, Ekologiya və Təbii Sərvətlər Nazirliyi, Dövlət Şəhərsalma və Arxitektura Komitəsi, Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi, Şəmkir Rayon İcra Hakimiyyəti və Şəmkir rayonu Könüllü Bələdiyyəsi aidiyyəti üzrə rəylərini və zəruri sənədləri bir ay müddətində Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyinə təqdim edəcək.

Məlik Məlikov

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью