Gəncə və Tovuzda küləyin sürəti saatda 86 kilometrə çatıb

25.11.2026

Xalq qazeti portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Milli Hidrometeorologiya Xidmətinin saat 10:00-a olan məlumatına görə, ölkənin qərb rayonlarında qeyri-sabit hava şəraiti müşahidə olunur. Küləyin gücü Gəncə və Tovuzda 24, Ağstafada, 20, Goranboyda 19, Daşkəsən və Naftalanda 18, Şəmkir və Gədəbəydə 16 m/s. çatır.

Eyni zamanda Gəncə, Şəmkir və Ağstafada yağış müşahidə Gəncədə güclü külək fəsadlar da törədib.

Şəhərin İsmət Qayıbov küçəsində güclü külək nəticəsində irigövdəli çinar ağacının budağı yaşayış evinin, mağazanın və iki avtomobilin üzərinə düşüb. Hadisə nəticəsində maddi ziyan dəyib.

Hamlet Qasımov
XQ-nin bölgə müxbiri

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью