“Gəncə” voleybolçusu ilə müqaviləni yeniləyib

22.07.2025

Icma.az xəbər verir, Sia Az saytına əsaslanaraq.

“Gəncə” voleybol klubu Xanım Cəlilova ilə müqaviləni yeniləyib. SİA Gəncə təmsilçisinin mətbuat xidmətinə istinadən xəbər verir ki, voleybolçu ilə müddəti bir ili əhatə edəcək müqavilə imzalanıb.

Qeyd edək ki, X.Cəlilova "Gəncə"nin heyətində ötən mövsüm Azərbaycan Kubokunda gümüş medal qazanıb.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью