Gəncə Xəstəxanasında ürək əməliyyatları da İCRA OLUNACAQ

27.11.2025

Bizim media saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

“Gəncə şəhər Birləşmiş Xəstəxanasına 28 tibb müəssisəsi tabedir və gündəlik həmin xəstəxanalara 4-5 min vətəndaş müraciət edir. Vətəndaşlara göndərişlər, əsasən, kardioloji əməliyyatlar, ürək -damar sisteminin stendləşdirilməsi, ağır beyin əməliyyatlarına görə verilir”.
Bunu Bizim.Media-ya açıqlamasında Gəncə şəhər Birləşmiş Xəstəxanasının rəhbəri İlkin İsmayılov deyib.
O bildirib ki, irəliləyən zamanda ürək-damar sisteminin əməliyyatları da Gəncə şəhər Birləşmiş Xəstəxanasında və ona tabe olan tibb müəssisələrində həyata keçiriləcək:
"Bizdə əvvəllər beyin cərrahı yox idi. Hazırda beyin cərrahı cəlb etmişik. Əvvəllər qulaq-burun-boğaz əməliyyatları üçün də vətəndaşlara göndəriş verilirdi. Artıq bir ildən çoxdur bu əməliyyatlar öz tibb müəssisələrində aparılır. Dəqiq tarix məlum olmasa da, irəliləyən zamanda ürək-damar əməliyyatlarını da özümüz icra edəcəyik".
Günay Şahmar, Bizim.Media

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью