Bizim media saytından verilən məlumata görə, Icma.az xəbər verir.
Sosial şəbəkədə Gəncə şəhər sakini akademik Zülfüqar Məmmədov adına Gəncə şəhər Təcili və Təxirəsalınmaz Tibbi Yardım Xəstəxanasından şikayət edib.Bizim.Media xəbər verir ki, sakin paylaşdığı videoda xəstəxanadakı gənc tibb personalının xəstələrə və xəstə yaxınlarına sayğısız, laqeyd yanaşdığını iddia edib: “Mən yanvarın 13 və 14-ü Gəncədə Akademik Zülfüqarov adına 3 nömrəli xəstəxanaya iki gün ayaq döymüşəm.
Mənə ordakı tibb işçilərindən (yaşlı həkimlərdən başqa) heç biri düz-əməlli cavab vermədi. “Qan almağ”a yaxınlaşdım.
Anamın damarını orda partlatdılar. Daha sonra USM-ə qeydiyyata düşmək istəyirik, qeydiyyatçı xanımın heç nədən başı çıxmır.
Təcili Tibbi Yardımın qarşısındakı qeydiyyata yaxınlaşırıq, ordakı xanım heç nəyi bilmir. Doğru, düzgün danışmağı bacarmır.
Deyir “ya səbir”, ona ağız əyir, bu birinə göz süzdürür. Yəni işləmək istəmirlər.
Məni ən çox təəccübləndirən o oldu ki, biz USM -də neçə saat növbə gözləmişik. Həkim bizi 1 dəqiqə çəkmədi USM-dən keçirdi.
Amma sual veririk, bizə cavab vermək istəmir. Başını telefondan qaldırmır.