“Gəncə” yarımfinalda

12.03.2025

Icma.az, Unikal.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Kişi basketbolçular arasında Azərbaycan kubokunda 1/4 final mərhələsinə yekun vurulub.

"Unikal" xəbər verir ki, mərhələnin son günündə iki matç baş tutub.

Hər iki görüş Bakı İdman Sarayında keçirilib.

“Sərhədçi” “Gəncə” ilə üz-üzə gəlib. Görüş ikincilərin qələbəsi ilə başa çatıb. “Gəncə” mübarizəni yarımfinalda davam etdirəcək.

“Sabah" isə “Neftçi”ni sınağa çəkib. Son iki mövsümün çempionu gözlənilmədən uduzub.

Qeyd edək ki, 1/4 finalın dünən keçirilən oyunlarında NTD və “Naxçıvan” yarımfinala yüksəlib.


Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью