“Gəncə” yenə məğlub oldu

13.10.2026

futbolpress-az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

“Gəncə” basketbol komandası FIBA Avropa Kubokunun müntəzəm mövsümü çərçivəsində növbəti matçına çıxıb.

Futbolpress.az xəbər verir ki, Martin Knejeviçin yetirmələri Gəncə İdman Sarayında Yunanıstanın “Kolossos” klubunu qəbul edib.

Meydan sahiblərinin səylərinə baxmayaraq, qarşılaşma qonaq komandanın 80:62 hesablı üstünlüyü ilə başa çatıb. Bu nəticə ilə Azərbaycan təmsilçisi avrokuboklarda üst-üstə ikinci məğlubiyyətini yaşayıb.

“Gəncə” qrup mərhələsinin I turunda Türkiyə səfərində “Esenler Erokspor” kollektivinə 63:92 hesabı ilə yenilmişdi.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью