“Gəncə” yerli basketbolçu transfer edib

17.08.2026

Icma.az, Azertag saytına istinadən bildirir.

Bakı, 17 avqust, AZƏRTAC

“Gəncə” basketbol klubu heyətini yeni yerli oyunçu ilə gücləndirib.

AZƏRTAC xəbər verir ki, Gəncə təmsilçisi son olaraq “Lənkəran” klubunda çıxış etmiş Aydın İbrahimovla müqavilə imzalayıb. 21 yaşlı forvardla müqavilənin müddəti növbəti mövsümün sonuna qədər nəzərdə tutulub.

Qeyd edək ki, gənc basketbolçu daha əvvəl Azərbaycanın 18 və 20 yaşlılardan ibarət milli komandalarının da şərəfini qoruyub.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью