Gəncə yol qəzası baş verib, xəsarət alanlar var FOTO

27.09.2026

Icma.az, Moderator.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Hadisə şəhərin Cavadxan qəsəbəsində qeydə alınıb. ​"Volkswagen" markalı avtomobil "Mersedes" lə toqquşub.

Moderator.az xəbər verir ki, ilkin məlumata görə, qəzaya səbəb "Volswagen" markalı avtomobilin sürücüsü Pərviz Hüseynov ötmə əməliyyatı edərkən öz yolu ilə hərəkətdə olan "Mersedes" markalı avtomobilin yoluna çıxması olub. Qəza nəticəsində "Mersedes" idarəetməni itirərək aşıb.

​Hadisə zamanı "Mersedes" markalı avtomobilin sürücüsü İsmayıl Bayramov və maşında olan sərnişinlər müxtəlif dərəcəli bədən xəsarətləri alıblar. 

Faktla bağlı araşdırma başlanılıb.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью