Icma.az, Sportal.az saytına istinadən bildirir.
Futbol üzrə Azərbaycan I Liqasında VI turun oyunları keçirilib.
Sportal.az xəbər verir ki, bu gün "Gəncəbasar" doğma meydanda "Zaqatala"nı qəbul edib. Qarşılaşmaa ev sahiblərinin 7:0 hesablı qələbəsi ilə başa çatıb.
Xallarını 15-ə yüksəldən "Gəncəbasar" çempionatın lideridir. 4 xalı olan "Zaqatala" isə IV yerdədir.
"Gəncəbasar" - "Zaqatala" 7:0
Qollar: S.Əhmədov, 17, P.Quimbila, 38, D.Açimi, 45 (pen), 53, 83, R.Tahirov, 67, D.Osey, 84