Icma.az, Sportal.az portalına istinadən məlumatı açıqlayır.
I Liqada mübarizə aparan "Gəncəbasar" klubu ev oyunlarını keçirmək üçün iki stadionla bağlı PFL-ə müraciət edib. Bunlardan biri Goranboy, o birisi isə Göygöl Olimpiya İdman Kompleksinin stadionudur.
Sportal.az-ın əldə etdiyi məlumata görə, artıq PFL rəsmiləri hər iki stadionda baxış keçirib. Mövcud infrastrukturla bağlı təftiş aparılıb. Qurum yaxın vaxtlarda qərarını açıqlamalıdır.
Qeyd edək ki, bir müddət əvvəl "Cəbrayıl"ı alan gəncəli iş adamları klubun adını dəyişərək "Gəncəbasar" qoyub.
saytlarin hazirlanmasi