Gəncəbasar Göygölə sığındı, Mingəçeviri seçdi

12.08.2026

Icma.az, Fanat portalına istinadən məlumatı açıqlayır.

"Cəbrayıl"ın xələfi "Gəncəbasar" yeni mövsümə iddialı hazırlaşır. 1-ci Liqa təmsilçisi artıq hazırlığa başlayıb. 

Komandanın baş məşqçisi Amid Quluzadə Fanat.Az-a açıqlamasında həm toplanışla, həm də yeni hədəfləri barədə danışıb:

"Bir həftədir bir araya gəlmişik. Göygöldə məskunlaşmışıq. Rəhbərlik sağ olsun ki, baza kimi buranı ixtiyarımıza verib. Ev oyunlarımızı isə Mingəçevirdə keçirəcəyik.  
Paralel olaraq heyəti formalaşdırırıq. Bildiyiniz kimi, komanda yenidən qurulur. Əsasən gənclərdən ibarət komanda qurmağa çalışırıq. Bununla yanaşı, qarşıya Premyer Liqaya vəsiqə aparacaq gücdə kollektiv formalaşdırmaq tapşırığı qoyulub. Addım-addım hədəfə doğru irəliləyəcəyik".

Qeyd edək ki, 1-ci Liqada çıxış edən "Cəbrayıl"ın adı dəyişdirilib. Sözügedən komanda bundan sonra "Gəncəbasar" adı altında mübarizə aparacaq.  

Mirağa

Abunə Ol

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью