“Gəncəbasar” heyətinə üç futbolçu cəlb edib FOTO

29.08.2026

Icma.az xəbər verir, Idman.biz saytına əsaslanaraq.

Birinci Liqada mübarizə aparan “Gəncəbasar” heyətinə üç futbolçu cəlb edib.

İdman.Biz xəbər verir ki, bölgə klubu hücumçu Cavad Kərimov, yarımmüdafiəçi Samir Məhərrəmli və müdafiəçi Mahir Həsənovla anlaşıb.

Hər üç oyunçu ilə bir illik müqavilə imzalanıb.

Qeyd edək ki, Birinci Liqada çıxış edən “Cəbrayıl” klubunun sahibi dəyişdikdən sonra komandanın adı “Gəncəbasar” olaraq dəyişdirilib.

İdman.Biz
Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью