“Gəncəbasar” klubunun idman meneceri: “Ev oyunlarımızı Gəncə şəhər stadionunda keçirəcəyik”

21.08.2026

futbolpress-az saytına istinadən Icma.az xəbər verir.

Bu gün I Liqada mübarizə aparacaq “Gəncəbasar” PFK-nin təqdimat mərasimi keçirilib.

Futbolpress.az xəbər verir ki, klubun meneceri İlqar Nadiri komandanın yaranma prosesindən söz açdı:

“Təxminən bir ildir bununla bağlı müzakirələr gedirdi. Qismət bu günə imiş. Biz “Cəbrayıl” klubunun varisi olaraq hüquqlarını aldıq və adını dəyişdik. Beləliklə, Gəncədə ikinci komandanın təməlini qoyduq. Klub yeni formalaşır, ilk növbədə strukturu qurmaq istəyirik. Gəncə böyük şəhərdir və arzumuz odur ki, ikinci təmsilçi kimi çempionatda özünəməxsus iz qoyaq, irs yaradaq. Gələcəyə doğru addımlar atmağı planlaşdırırıq. Yeni yaranmış kollektiv haqqında indidən iddialı danışmaq düzgün olmaz. Bunu işimizlə, strategiyamızla və nəticələrimizlə göstərməyə çalışacağıq.

— Ev oyunlarını Gəncə stadionunda keçirəcəksiniz?

“Uzun müddətdir danışıqlar gedirdi. Ev oyunlarımızı Gəncə şəhər stadionunda keçirəcəyik. Ehtiyat arena kimi isə Yevlax stadionu gündəmdədir. Hər hansı bir risk yaranacağı təqdirdə Yevlax variantından istifadə edəcəyik. İki komandanın bir stadiondan yararlanması dünya praktikasında var. “Kəpəz”də rəhbərlik etdiyim dövrdə və “Qəbələ”də də bunu təcrübədən keçirmişik. Gəncədə gözəl stadion və şərait var. Çalışacağıq ki, həm “Kəpəz”, həm də “Gəncəbasar” oradan problemsiz istifadə etsin.

— Göygöl və Mingəçevir variantları barədə nə deyə bilərsiniz?

Göygöl stadionundakı şərait I Liqa matçlarının keçirilməsinə cavab vermir. Söhbət yalnız məşqlərin orada reallaşmasından gedə bilər. Oyunların keçirilməsi müzakirə mövzusu deyil.

Ayxan Zayıdzadə

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью