Fanat saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.
1-ci Liqa təmsilçisi "Gəncəbasar" növbəti ev oyununu Gəncə şəhər stadionunda keçirməyəcək.
Fanat.Az-ın əldə etdiyi məlumata görə, komanda çempionatın 4-cü turunda "Baku Sportinq"i Yevlax şəhər stadionunda qəbul edəcək.
Gəncədəki stadionun ot örtüyündə problem yarandığından rəhbərlik Yevlaxda oynamaq variantını uyğun sayıb.
Xatırladaq ki, bu yay "Kəpəz"in İdarə Heyətinin sabiq sədri İlqar Nadiri "Cəbrayıl"ı alıb və klubun adı dəyişdirilib. Elhad Nəzirinin rəhbərlik etdiyi "Gəncəbasar" 1-ci Liqanın ilk 3 turunda maksimum xal toplayıb. Sözügedən kollektiv turnir cədvəlinin 2 liderindən biridir.
Nihat