Idman.biz saytından verilən məlumata görə, Icma.az xəbər verir.
Azərbaycan Birinci Liqasında çıxış edən “Gəncəbasar” klubuna yeni prezident təyin olunub.
İdman.Biz xəbər verir ki, bu barədə qərb təmsilçisindən məlumat verilib.
Gəncə kollektivinin bundan sonrakı rəhbəri Namik Qədirov olacaq.
O, klubun strateji inkişafına, ümumi idarəetməsinə, idman və inzibati fəaliyyətinin əlaqələndirilməsinə rəhbərlik edəcək.
Qeyd edək ki, “Gəncəbasar” Birinci Liqada 16 xalla ikinci sırada qərarlaşıb.