Icma.az, Idman.biz portalına istinadən məlumatı açıqlayır.
“Kəpəz”lə keçirdiyimiz yoldaşlıq oyunu bizim üçün əsasən futbolçuların fiziki və taktiki durumlarını yaxşılaşdırmaq, həmçinin qarşıdakı rəsmi matçlara daha yaxşı hazırlaşmaq baxımından önəmli idi”.
Bu sözləri “Gəncəbasar” futbol komandasının baş məşqçisi Elhad Nəziri deyib.
Gənc mütəxəssis Birinci Liqanın növbəti turunda “Şahdağ Qusar”la keçirəcəkləri oyun barədə gözləntilərini bölüşüb.
“Oyunçularım Premyer Liqa təmsilçisinə qarşı əzmkar mübarizə apardılar və meydanda əllərindən gələni etdilər. Yoldaşlıq görüşlərində hesab önəm daşımır. Əsas məqsəd futbolçuların hazırlıq səviyyəsini yüksəltmək və çatışmazlıqlar üzərində işləməkdir. Birinci Liqanın növbəti turunda lider “Şahdağ Qusar”la qarşılaşacağıq. Qusar təmsilçisi hazırda lider olsa da, biz də iddialı komandayıq. Rəqibin heyətində keyfiyyətli futbolçular var və bizi çətin oyun gözləyir. Bununla belə, bizim üçün rəqibin kimliyi önəm daşımır. Hər komandaya qarşı eyni qaydada hazırlaşırıq”, - deyə o sport24.az-a açıqlamasında söyləyib.
Qeyd edək ki, “Gəncəbasar” Birinci Liqada 16 xalla ikinci pillədə qərarlaşıb.