“Gəncəbasar”ın oyunu 1 manata

07.09.2026

futbolpress-az saytından verilən məlumata görə, Icma.az xəbər verir.

“Gəncəbasar” – “Xankəndi” oyunu üçün bilet satışı davam edir.

Futbolpress.az xəbər verir ki, biletlərin qiyməti 1 manatdır.

I Liqanın II turu çərçivəsində keçiriləcək matç sentyabrın 10-u saat 17:00-da başlayacaq.

Biletləri “birbilet.az” saytından və oyun günü stadionun kassasından əldə etmək mümkündür.

“Gəncəbasar” I turda “Şimal”a 2:1 hesabıyla qalib gəlib. “Xankəndi” isə “Səbail”lə heç-heçə edib – 1:1.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью