Gəncədə 1 yaşlı qız yıxılaraq ağır xəsarət aldı

20.12.2024

Teleqraf.com saytından alınan məlumata görə, Icma.az bildirir.

Gəncə şəhərində 2023-cü il təvəllüdlü qız uşağı yıxılaraq ağır xəsarət alıb.

Teleqraf.com bölgə müxbirinin verdiyi məlumata görə, hadisə şəhərin Poçt qəsəbəsində qeydə alınıb.

İlkin məlumata görə, körpə yasadığı evin pilləkənindən yıxılıb. Uşaq ağır vəziyyətdə Gəncə şəhərindəki, xəstəxanalardan birinin reanimasiya şöbəsinə yerləşdirilib.

Onun ağır kəllə-beyin travması aldığı bildirilir.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью