Gəncədə 12 nəfərin əmək hüquqları pozulub

28.02.2025

Ayna portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Faktla bağlı cinayət işi başlanıb

Gəncə şəhəri ərazisində əmək hüquqlarının pozulması halları barədə daxil olmuş müraciət əsasında Gəncə Şəhər Prokurorluğunda araşdırma aparılıb.

Gəncə Şəhər Prokurorluğundan AYNA.AZ-a verilən məlumata görə, araşdırma zamanı “Fazil-20” MMC-nin vəzifəli şəxsi tərəfindən əmək qanunvericiliyində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən 12 nəfərin işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsi müəyyən edilib.

Faktla bağlı Gəncə Şəhər Prokurorluğunda Cinayət Məcəlləsinin 162-1.1 (əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən xeyli sayda işçilərin hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsi) maddəsi ilə cinayət işi başlanıb. Hazırda ibtidai istintaq davam edir.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью