Icma.az, Avtosfer portalına istinadən məlumat verir.
Gəncədə azyaşlının xəsarət alması ilə nəticələnən bədbəxt hadisə baş verib.
Avtosfer.az-ın Teleqraf-a istinadən məlumatına görə, 2013-cü il təvəllüdlü M.Abdullayev atdan yıxılıb.
Yaralı dərhal xəstəxanalardan birinə çatdırılıb. Ona ilkin tibbi yardım göstərilib. Həkimlərin bildirdiyinə görə, vəziyyəti ağır qiymətləndirilir.
Hadisənin hansı şəraitdə baş verdiyi araşdırılır.