Gəncədə 15 yaşlı yeniyetmə 5 ci mərtəbədən yıxıldı

10.11.2026

Icma.az, Lent az portalına istinadən məlumat yayır.

 

Gəncədə 15 yaşlı yeniyetmə yaşayış binasının 5-ci mərtəbəsindən yıxılaraq ağır xəsarət alıb.

Lent.az xəbər verir ki, hadisə şəhərin Yeni Gəncə yaşayış massivində qeydə alınıb. Ərazidə yerləşən yaşayış binasının 5-ci mərtəbəsindən 2011-ci il təvəllüdlü Ö.Rzayev yıxılıb.

Ağır xəsarət alan yeniyetmə dərhal xəstəxanaya yerləşdirilib. Onun vəziyyətinin ağır olduğu bildirilir.

Oğlanın hansı şəraitdə hündürlükdən yıxıldığı hələlik məlum deyil. Hadisə yerinə polis və prokurorluq əməkdaşları cəlb olunublar.

Faktla bağlı araşdırma aparılır.
Fuad Nazimoğlu

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью