Gəncədə 16 yaşlı oğlan məktəbin qarşısında bıçaqlandı

10.01.2026

Oxu.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Gəncədə bıçaqlanma hadisəsi baş verib.

Oxu.Az APA-ya istinadla xəbər verir ki, hadisə şəhər ərazisində yerləşən orta məktəblərin birinin qarşısında qeydə alınıb.

Belə ki, şəhər sakini, 2010-cu il təvəllüdlü N.Məmmədov bel nahiyəsinin kəsilmiş-deşilmiş bıçaq yarası ilə xəstəxanaya yerləşdirilib.

Dərhal ona yardım edilib, vəziyyətinin orta ağır olduğu bildirilir. Yeniyetmənin hansı şəraitdə bıçaq xəsarəti aldığı məlum deyil.

Hadisə yerinə polis əməkdaşları cəlb ediliblər. Faktla bağlı araşdırma aparılır.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью