Gəncədə 18 yaşlı oğlanı bıçaqlayan şəxs tutulub YENİLƏNİB

02.12.2024

Apa.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Gəncədə 18 yaşlı oğlanı bıçaqlayan şəxs tutulub.

APA-nın yerli bürosunun məlumatına görə, polis əməkdaşlarının keçirdikləri müvafiq tədbirlər nəticəsində hadisəni törətməkdə şübhəli bilinən Gəncə şəhər sakini İvan Doçenko saxlanılaraq istintaqa təhvil verilib.

Faktla bağlı araşdırmalar davam etdirilir.

***

08:44

Gəncədə bıçaqlanma hadisəsi baş verib.

APA-nın yerli bürosunun məlumatına görə, hadisə şəhər ərazisində qeydə alınıb.

2006-ci il təvəllüdlü R.Huseynov bıçaq xəsarəti ilə xəstəxanaya yerləşdirilib və əməliyyat edilib

Vəziyyətinin orta ağır olduğu bildirilir.

Faktla bağlı araşdırma aparılır.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью