Hurriyyet portalından verilən məlumata görə, Icma.az xəbər yayır.
Dünən axşam saatlarında Gəncə şəhərində ağır xəsarətlərlə xəstəxanaya yerləşdirilən gənc vəfat edib.
Hurriyyet.az xəbər verir ki, 18 yaşlı Elgün İbrahimov xəstəxanaya kəllə-beyin travması ilə qəbul olunub.
Tibbi yardımlara baxmayaraq, onun həyatını xilas etmək mümkün olmayıb.
E.İbrahimovun şəhərin M.Xəlilov küçəsində dava-dalaş zamanı başından xəsarət aldığı bildirilib.
Hadisəni törədən şəxs və ya şəxslərin saxlanılması istiqamətində tədbirlər görülür.
Qafqazinfo.az