Gəncədə 2 nəfərin meyiti aşkarlandı

22.03.2025

Bizim media saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

Martın 21-də iki ayrı-ayrı ünvanda iki nəfərim meyiti aşkarlanıb.
Bizim.Media-nın yerli bürosunun məlumatına görə,Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə Gəncə şəhərində ayrı-ayrı ünvanlarda 2 nəfərin bağlı qapı arxasında köməksiz vəziyyətdə qalması barədə məlumat daxil olub.
 

Çağırışla əlaqədar FHN-in Gəncə Regional Mərkəzinin xilasetmə qüvvələri həmin ünvanlara cəlb olunublar. Həyata keçirilən tədbirlər nəticəsində 2 nəfərin meyiti aidiyyəti üzrə təhvil verilib.


Onların ölüm səbəbləri hələlik məlum deyil.
Faktlarla bağlı araşdırma aparılır.
Məqsəd Rəhimov, Bizim.Media, Qərb Bürosu

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью