Gəncədə 2 yaşlı uşağın ölüm səbəbi bilindi YENİLƏNİB

06.06.2025

Icma.az, Lent az portalına istinadən məlumatı açıqlayır.

İyunun 5-i saat 12:10-da 2023-cü il təvəllüdlü oğlan uşağı aqonal vəziyyətdə Gəncə Şəhər Birləşmiş Xəstəxanasının nəzdində olan Uşaq xəstəxanasının Təcili tibbi yardım şöbəsinə hospitalizasiya olunub.

Bu barədə Lent.az-a TƏBİB-dən bildirilib.

Məlumata görə, göstərilən reanimasiya tədbirlərinə baxmayaraq, anadangəlmə metobolik xəstəlik, pnevmoniya, ağciyər çatışmazlığı səbəbindən azyaşlının saat 21:50 radələrində ölüm faktı qeydə alınıb.

***
09:24

Gəncədə 2 yaşlı uşaq xəstəxanada ölüb.

Lent.az APA-ya istinadla bildirir ki, hadisə 2 saylı şəhər Uşaq Xəstəxanasında baş verib.

Şəmkir rayon sakini 2023-cü il təvəllüdlü M.Məmmədov ağır vəziyyətdə uşaq xəstəxanasına çatdırılıb. Lakin həkimlərin göstərdikləri bütün tibbi yardımlara baxmayaraq azyaşlı xəstəxanada vəfat edib.

Azyaşlının hansı səbəbdən ölməsi hələlik məlum deyil.

Faktla bağlı araşdırma aparılır.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью