Gəncədə 20 yaşlı gənc döyülərək bıçaqlandı

11.02.2026

Unikal.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Gəncə şəhərində 20 yaşlı gəncə qarşı zorakılıq hadisəsi baş verib.

“Unikal”ın məlumatına görə, 2006-cı il təvəllüdlü C. Əliyev kəsici-deşici alətlə aldığı xəsarətlərlə xəstəxanaya yerləşdirilib. Ona dərhal tibbi yardım göstərilib. Həkimlərin bildirdiyinə görə, gəncin vəziyyəti kafidir.

İlkin məlumata əsasən, o əvvəlcə döyülüb, daha sonra isə kəsici-deşici alətlə yaralanıb. Hadisənin hansı şəraitdə baş verdiyi hələlik məlum deyil.

Əraziyə polis əməkdaşları cəlb olunub. Faktla bağlı araşdırma aparılır.

Tural Əhmədov


Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью