Gəncədə 22 yaşlı tələbə ölümdən son anda XİLAS OLDU

10.03.2025

Icma.az, Bizim media portalına istinadən məlumatı açıqlayır.

Dünən Gəncədə tələbə zəhərlənmə diaqnozu ilə şəhərdə olan xəstəxanalardan birinə çatdırılıb. 
Bizim.Media-nın yerli bürosunun verdiyi məlumaya görə, Azərbaycan Aqrar Universitetinin 3-cü kurs tələbəsi olan Sadiq Elman oğlu Əliyev kirayədə qaldığı mənzildə dəm qazından zəhərlənib. 
O evdə vanna otağında olarkən yıxılıb və otaq yoldaşları qapını sındıraraq onu çıxara biliblər.
 

Həkimlərin səyi nəticəsində gəncin həyatını xilas etmək mümükün olub. Onun müalicəsi davam edir. 


Yaxınlarının verdiyi məlumata görə, 22 yaşlı Sadiq Əliyev Saatlı rayonundandır. 
Məqsəd Rəhimov, Bizim.Media, Qərb bürosu

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью