Gəncədə 24 yaşlı oğlan iki qardaşı bıçaqlayıb, qaçıb

23.07.2025

Bakivaxti portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Gəncədə iki qardaş bıçaqlanıb, hadisəni törətməkdə şübhəli bilinən şəxsin axtarışları aparılır.

Bakıvaxtı.az Report-a istinadən xəbər verir ki, 1993-cü il təvəllüdlü V.Qazıyev və onun qardaşı 1999-cu il təvəllüdlü D.Qazıyev mübahisə zəminində bıçaq xəsarəti alıblar.

Onlar xəstəxanaya aparılıb, vəziyyətləri kafi qiymətləndirilir.

Onları bıçaqlamaqda şübhəli bilinən, 2001-ci il təvəllüdlü F.Qurbanov isə hadisə yerindən qaçıb.

Hadisənin başvermə səbəbləri hələ məlum deyil.

Hazırda hadisəni törətməkdə şübhəli bilinən şəxsin saxlanılması istiqamətində əməliyyat-axtarış tədbirləri davam etdirilir.

Faktla bağlı araşdırma aparılır.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью