Gəncədə 27 yaşlı qadın bıçaqlanıb

01.12.2024

Icma.az bildirir, Apa.az saytına əsaslanaraq.

Gəncədə bıçaqlanma hadisəsi baş verib.

APA-nın yerli bürosunun məlumatına görə hadisə şəhər ərazində qeydə alınıb.

Belə ki 1997-ci il təvəllüdlü G. Mirzəyeva bıçaq xəsarəti ilə xəstəxanaya yerləşdirilib.

Qadın dərhal əməliyyat edilib. Vəziyyətinin orta ağır olduğu bildirilir.

Məlumata görə G. Mirzəyeva qardaşı tərəfindən bıçaqlanıb.

Faktla bağlı araşdırma aparılır.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью