Olke.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.
Gəncədə bıçaqlanma hadisəsi baş verib.
"Ölkə.az" APA-ya istinadla xəbər verir ki,hadisə şəhər ərazində qeydə alınıb.
Belə ki 1997-ci il təvəllüdlü G. Mirzəyeva bıçaq xəsarəti ilə xəstəxanaya yerləşdirilib.
Qadın dərhal əməliyyat edilib. Vəziyyətinin orta ağır olduğu bildirilir.
Məlumata görə G. Mirzəyeva qardaşı tərəfindən bıçaqlanıb.
Faktla bağlı araşdırma aparılır.