Gəncədə 27 yaşlı qadın bıçaqlanıb YENİLƏNİB

01.12.2024

Icma.az xəbər verir, Unikal.az saytına əsaslanaraq.

Gəncədə bacısını bıçaqlayan şəxsin adı məlum olub.

"Unikal"ın məlumatına görə, Gəncə Şəhər Baş Polis İdarəsinin əməkdaşları tərəfindən hadisəni törətməkdə şübhəli bilinən, zərərçəkənin qardaşı, 2002-ci il təvəllüdlü Emin Verdiyevin yerinin müəyyən olunaraq istintaqa təhvil verilməsi istiqamətində zəruri tədbirlər davam etdirilir.

XXX

08:47

Gəncədə qadın qardaşı tərəfindən küçədə bıçaqlanıb.

"Unikal"ın məlumatına görə hadisə şəhərin Şah İsmayıl Xətai prospektində avtobus dayanacaqlarının birində qeydə alınıb.  Belə ki, 1997-ci il təvəllüdlü Günel Mirzəyeva bıçaqlanma diaqnozu ilə xəstəxanaya yerləşdiilib. Qadın əməliyyat oldunub, vəziyyətinin kafi olduğu bildirilir. İlkin məlumata görə, qadın qardaşı tərəfindən bıçaqlanıb. Hadisə yerinə polis əməkdaşları cəlb olunub.

Faktla bağlı araşdırma aparılır.

Tural Əhmədov


Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью