Gəncədə 3 avtomobil toqquşdu FOTOLAR

31.01.2026

Icma.az, Unikal.az saytına istinadən bildirir.

Gəncədə zəncirvari qəza olub.

"Unikal"ın məlumatına görə, hadisə şəhərin Nəriman Nərimanov prospektində baş verib. Belə ki, hərəkətdə "VAZ-2106" "Changan" və "Hyundai" markalı evakuator toqquşub.

Nəticədə xəsarət alan olmayıb. Qəza zamanı hər 3 avtomobilə ciddi ziyan dəyib. Hadisə yerinə polis əməkdaşları cəlb edilib.

Fakt araşdırılır.

Tural Əhmədov


Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью