Gəncədə 31 tüfəng polisə təslim edilib

30.01.2025

Icma.az bildirir, Moderator.az portalına istinadən.

Gəncədə qanunsuz saxlanılan silahlar polisə təhvil verilib.

Moderator.az -ın məlumatına görə, Gəncə Şəhər Baş Polis İdarəsinin əməkdaşları tərəfindən qanunsuz saxlanılan silahların aşkarlanması və könüllü təhvil verilməsi istiqamətində tədbirlər davam etdirilir.

Keçirilən növbəti profilaktik tədbirlər nəticəsində şəhər sakinləri qanunsuz saxladıqları 31 ədəd tüfəngi könüllü olaraq polisə təhvil veriblər.

Bu istiqamətdə tədbirlər davam etdirilir.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью