Gəncədə 33 yaşlı kişini bıçaqla kürəyindən vurdular

23.10.2026

Bakivaxti saytından alınan məlumata görə, Icma.az bildirir.

Gəncədə 33 yaşlı kişini bıçaqlamaqda şübhəli bilinən şəxs saxlanılıb.

Bakıvaxtı.az-ın məlumatına görə, 1993-cü il təvəllüdlü R.Məmmədov Gəncə şəhər, Atatürk prospektində mübahisə zəminində kürək nahiyəsindən bıçaqlanıb.

O, xəstəxanaya yerləşdirilib, vəziyyəti kafi qiymətləndirilir.

Hadisəni törətməkdə şübhəli bilinən 1996-cı il təvəllüdlü A.Cəfərov isə polis əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində tutularaq istintaqa təhvil verilib.

Faktla bağlı Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi açılıb, araşdırma aparılır.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью