Gəncədə 38 yaşlı kişi qardaşı oğlu tərəfindən bıçaqlandı

08.07.2026

Icma.az, Lent az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Gəncədə bıçaqlanma hadisəsi baş verib.

Lent.az APA-ya istinadən xəbər verir ki, hadisə şəhər ərazisində qeydə alınıb.

Belə ki, 1988-ci il təvəllüdlü H. Oktyabrski hər iki bazu nahiyəsinin kəsilmiş-deşilmiş bıçaq xəsarətləri ilə xəstəxanaya yerləşdirilib.

Ona dərhal tibbi yardım göstərilib, yaraları tikilib. Hazırda vəziyyətinin qənaətbəxş olduğu bildirilir.

İlkin məlumata görə, 38 yaşlı kişi aralarında yaranmış mübahisə zamanı qardaşı oğlu tərəfindən bıçaqlanıb.

Faktla bağlı polis araşdırma aparır.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью